"Real" (Madrid) klubunun sabiq baş məşqçisi Joze Mourinyo "Barselona" ilə oyunların birindən sonra futbolçularını xain və it uşaqları adlandırıb.
Qol.Az-ın məlumatına görə, bu barədə Britaniyanın "The Times" qəzetinin 7 aprel nəşrində dərc olunan Mourinyonun bioqrafiyasında bəhs edilir.
Mourinyonun qaranlıq tərəflərini əks etdirən "Xüsusi" adlı kitabın müəllifi olan Dieqo Torres həmin hadisənin İspaniya La Liqasının 16 aprel 2011-ci ildə keçirilmiş "Real" - "Barselona" oyunundan sonra (1:1) baş verdiyini yazıb. Oyuna bir neçə saat qalmış İspaniyanın məşhur "Marca" qəzeti "Real"ın start heyətini, hətta Mourinyonun Pepeni yarımmüdafiədə oynadacağını dərc edib.
Portuqaliyalı mütəxəssis bunu futbolçularından birinin mətbuata sızdırdığını müəyyən edərək matçdan sonra paltardəyişmə otağında onlara deyib: "Siz xainsiniz. Mən sizə heyətlə bağlı heç kəsə heç nə deməməyinizi bildirmişdim, ancaq siz mənə xəyanət etdiniz. Deməli, siz mənim tərəfimdə deyilsiniz. Siz satqın və it uşaqlarısınız. Bu otaqda mənim yeganə dostum Esteban Qranerodur. Lakin artıq ona da güvənmirəm. Siz məni yalnız buraxdınız. Karyeramda ən xain komanda “Real”dır".
Torresin yazdığına görə, həmin vaxt qapıçı İker Kasilyas və bir neçə futbolçu Mourinyonun bu sözlərinə əhəmiyyət verməyərək duşa giriblər. Bu an Mourinyonun divara vurduğu "Red Bull" bankası sıçrayaraq bir neçə futbolçuya dəyib.
Kitabda həmçinin Mourinyonun "Real"ın ispaniyalı futbolçularının (İker Kasilyas, Serxio Ramos, Alvaro Arbeloa) "Barselona"dakı həmyerliləri ilə (Xavi Hernandez, Serxio Buskets, Karles Puyol, Xerard Pike) dostluq etmələrinin əleyhinə çıxdığı qeyd olunub. Portuqaliyalı çalışdırıcının fikrincə, katalonlar uşaq yaşlarından İspaniyanın digər rayonlarının sakinləri ilə münasibət qurmamağa öyrədilirlər. Bu səbəbdən də Mourinyo onlar arasında həqiqi dostluğun ola bilməyəcəyini düşünürdü.
Qeyd edək ki, 3 il əvvəl baş tutan görüşdə qeydə alınan heç-heçədən (1:1) sonra "Real"ın çempionluq şansı xeyli azalmış və həmin vaxt "Barselona" La Liqanın qalibi olmuşdu.
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?