Venger: "Daha çempionluq haqda düşünmürük"

Venger: "Daha çempionluq haqda düşünmürük"
XƏBƏR 26 Mart 2014 / 10:52 1892
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger Premyer liqada daha çempionluq  haqda düşünmür.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı çalışdırıcı "Suonsi" ilə 2:2 hesablı bərabərlikdən sonra çempion ola bilməyəcəklərini etiraf edib:

"Daha çempionluq haqda düşünmürük. Çünki "Mançester Siti" bu gün qalib gəldi. "Çelsi" və "Mançester Siti"ni dayandırmaq çətin olacaq. Əsas favoritlər onlardır".

Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 63 xalla 4-cü pillədədir.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner