"Barselona" "Benfika"nın hücumçusunu istəyir

"Barselona" "Benfika"nın hücumçusunu istəyir
XƏBƏR 26 Mart 2014 / 00:41 2305
-  A +

"Benfika" klubunun hücumçusu Oskar Kardozo mövsümün sonunda komandasını dəyişə bilər.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, paraqvaylı futbolçu "Barselona"nın transfer hədəfinə düşüb.

Kataloniya təmsilçisinin baş məşqçisi Xerardo Martino 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Argentinalı mütəxəssis bu istəyini rəhbərliyə bildirib. Yüksək məbləğ qarşılığında "Benfika"nın Kardozonu satacağı gözlənilir.

Qeyd edək ki, Kardozo ilə Türkiyənin "Trabzonspor" klubu da yaxından maraqlanır.

 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır