“Hər şey planlaşdırdığımız kimi alındı. Bizi Lionda çox yaxşı qarşıladılar. Klubun bazası, əsas komanda və müxtəlif yaş qrupları ilə yaxından tanış olmaq imkanı yaratdılar”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard klubun rəsmi saytına açıqlamasında deyib.
"Lion" klubunun düşərgəsində olan S.Brard məşqçi heyətinin Fransada yararlı təcrübə keçdiyini söyləyib: "Bildiyiniz kimi "Lion" klubu aşağı yaş qruplarının inkişafında, futbolçu yetişdirilməsində böyük təcrübəyə malikdir. "Lion" Futbol Akademiyasının yetrimələri əsas komanda ilə yanaşı Avropanın bir sıra klublarında top qovurlar. Klub çox gözəl infrastruktura malikdir. Onların gənc futbolçuların inkişafı istiqamətində çox yararlı fikirləri və planları var. Səfərimizin məqsədi də bütün bu sadaladıqlarımı əyani olaraq görmək, tanış olmaq və bunlardan yararlanmaq idi. Bu baxımdan səfər nümayəndə heyətimiz üçün xeyirli oldu".
Səfər zamanı baş tutan görüşlər barədə məlumat verən Brard "Lion"la əməkdaşlığın gələcək perspektivlərindən danışıb. O, məşqçilərin səfərdən razı qaldıqlarını da bildirib: "Səfər müddətində "Lion"un baş məşqçisi Rene Qard, klub prezidentinin müşaviri, Fransa futbolunun əfsanəsi Bernar Lyakomb və Akademiya direktoru Stefan Roşe ilə görüşlər keçirdik. Sözügedən toplantılarda klubun tarixi, inkişaf yolu və hazırda apardığı islahatlar barədə müzakirələr aparıldı. Çox maraqlı görüşlər keçdi və biz bir çox yeniliklərlə tanış olduq.
Eyni zamanda klublar arasında münasibətlərin gələcək perspektivləri barədə də söhbətlərimiz oldu. Bu il "Lion"un 15 yaşa qədər futbolçulardan ibarət komandası təqvimin sıxlığına görə Qəbələ Kubokunda iştirak edə bilməyəcək. Amma gələn il onlar turnirdə yer almaq istəyirlər. Bundan əlavə müxtəlif yaş qrupları üzrə komandalarımız arasında yoldaşlıq oyunları da planlaşdırılır. Məşqçilərimiz akademiya komandalarının hazırlıq proseslərini izlədilər, məşqlərdəki fərqli və bənzər cəhətləri müşahidə etdilər. Futbolçuların fiziki və texniki baxımdan bizim futbolçularla fərqlərini gördülər. Ümumilikdə məşqçilərimiz səfərdən çox razı qaldılar".
Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov, eləcə də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil edilmişdilər.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu
"Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın işi deyil" - AFFA-nın texniki direktoru
“Qarabağ”ın iştirak ərizəsi - Heyətdə dəyişiklik var
"Turan Tovuz" "Monpelye"nin yetirməsini transfer etdi
Toral oynadı, komandası qalib gəldi
Daha 1 il "Araz-Naxçıvan"da
DÇ-2026-nınn ən pis "111-liy"i - Neymar da var
Messi Argentina millisindən ayrılır
FİFA DÇ-2026-nın ən yaxşı hücumçularını açıqladı
“Araz-Naxçıvan”dan ayrıldı, vətəninə qayıtdı
“Qarabağ” SSKA ilə oyuna hazırlaşır - Şəkillər
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu