Mikel Alvaro "İnter"in tarixinə düşdü

Mikel Alvaro "İnter"in tarixinə düşdü
XƏBƏR 25 Mart 2014 / 10:36 2565
-  A +

Topaz Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “İnter” matçı "bankirlər" üçün bir sıra statistic göstəricilərlə əlamətdar olub.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə fərqlənmiş Mikel Alvaro Azərbaycan çempionatda “İnter” üçün qol vurmuş sayca 83-cü futbolçul olub.

Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk ispaniyalı futbolçu kimi tarixə düşüb.
 
Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 29 qol olan Baçana Sxadadze “İnter”in ən yaxşı bombardiridir.
 
Qeyd edək ki, klubun tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan, Kosta-Rikadan və Fransadan olan futbolçular da fərqlənmişlər.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır