"Borussiya" kapitanı ilə razılığa gəldi

"Borussiya" kapitanı ilə razılığa gəldi
XƏBƏR 23 Mart 2014 / 21:15 1959
-  A +

"Borussiya" mövsümün sonunda futbolçusu Sebastyan Kellə müqaviləni yeniləyəcək.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı hər iki tərəf arasında razılıq əldə olunub. 34 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti daha bir il uzadılacaq.

Klubun kapitanı S.Kel yeni müqaviləsi başa çatdıqdan sonra futbolçu karyerasını başa vuracağını deyib:

"Borussiya" çox yaxşı komandadır. Bundesliqada son ilimi səbirsizliklə gözləyirəm. Sonra futboldan gedəcəm".


Son xəbərlər