"Borussiya" "Real"la oyuna ciddi itkilərlə çıxacaq

"Borussiya" "Real"la oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 21 Mart 2014 / 21:05 3444
-  A +

"Borussiya"nın futbolçusu Marsel Şmelçer sıradan çıxıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, almaniyalı müdafiəçi Çempionlar Liqasının 1/8 finalında "Zenit"lə cavab qarşılaşmasında zədələnib. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Bununla da, Şmelçer ÇL-in 1/4 finalında "Real"la görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Dortmund təmsilçisi Madrid klubu ilə  ilk oyunda futbolçusu Robert Levandovskinin köməyindən də yararlana bilməyəcək. O, cəzalı duruma düşdüyü üçün bu matçda oynamayacaq.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner