Arda Turan: "Favorit "Barselona"dır"

Arda Turan: "Favorit "Barselona"dır"
XƏBƏR 21 Mart 2014 / 19:17 3391
-  A +

"Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə düşdükləri püşkatmanı dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, türk yarımmüdafiəçi "NTV Spor"a açıqlamasında matçın favoritinin Kataloniya klubu olduğunu deyib:

"Favorit "Barselona"dır. Ancaq bu, onların növbəti mərhələyə yüksələcəyi demək deyil. Rəqimiz güclü olsa da, yarımfinala vəsiqə qazana bilərik.  Bu mövsüm "Barsa" ilə oynadığımız heç bir matçda uduzmamışıq".

Arda bildirib ki, "Barselona" ilə düşdüklərini eşitdikləri zaman gülüblər: "Yaxşı püşkatma oldu. Bu mərhələdə bütün rəqiblər güclü idi".

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner