“Qəbələ”nin seneqallı legioneri Viktor Mendi klubun tarixinə düşüb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, afrikalı hücumçu 2005-ci ildə ölkə kubokunda debüt edən komandasının bu yarışlarda yubiley – 50-ci qolunu vurub. Bu top 1/4 final mərhələsinin “Qarabağ”la səfərdəki cavab oyununda həlledici olub və qonaqlara qələbə gətirib – 2:1. 9 mövsüm ərzində 36 qarşılaşmaya çıxan “qırmızı-qaralar” bu matçlarda 17 qələbə qazanıb, 11 heç-heçə edib və 7 dəfə uduzub. Rəqibləri “Qəbələ”nin 50 qoluna 30 topla cavab verib.
Mendinin qələbə qolu həm də seneqallını klub tarixinin ən məhsuldar futbolçusu adına şərik edib. 85-ci oyununda 20-ci qoluna imza atan hücumçu “Qəbələ”nin 9 illik tarixində ən çox top vuran Rövşən Əhmədova çatıb. Mendi 20 qoldan 18-ni Premyer Liqa, 2-ni kubokda vurubsa, Əhmədov 19 dəfə I dəstə, 1 dəfə kubokda fərqlənib.
“Qarabağ”la matçda hesabı açan Daniel Subotiç də klub tarixinin ən yaxşı bombardirləri siyahısında mövqeyini yaxşılaşdırıb: Viktor Mendi, Rövşən Əhmədov – hər ikisi 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Luis Hilario – 16, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı, Daniel Subotiç – hamısı 12, Rəşad Yusubov – 11, Samir Zərgərov – 10.
Luis Hilario 95-ci, Mendi isə 85-ci dəfə “Qəbələ” formasında meydana çıxıb. Onların hər ikisi klub tarixində ən çox oyun keçirən “6-lıq”da yer alıb: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Luis Hiilario, Azər Həşimov – hər ikisi 95, Lyubo Baranin – 90, Viktor Mendi – 85.
“Qəbələ səfər qələbəsi qazanmaqla rusiyalı baş məşqçisi Yuri Syominin rəhbərliyi altında 15-ci dəfə qalib gəlib. Premyer Liqada 26, kubokda 3 dəfə komandanı meydana çıxaran mütəxəssis bu yarışlarda müvafiq olaraq 13 və 2 dəfə yetirmələrinin qələbəsinə sevinib. Syominlə 29 matçda 15 qələbədən başqa, 6 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 40 qol vuran “Qəbələ” qapısında 26 top görüb.
Qeyd edək ki, 2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunun yarımfinalına yüksələn “Qəbələ” 5 illik fasilədən sonra tarixində 3-cü dəfə finalın bir addımlığınadək irəliləyib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı