İki gün öncə AZAL-a baş məşqçi təyin olunan Tərlan Əhmədov bu gün klubun prezidenti Zaur Axundov tərəfindən qəbul edilib.
Qol.Az-ın məlumatına görə, AZAL-ın prezidenti Z.Axundov,vitse-prezident Fikrət Hüseynov və yeni baş məşqçi Tərlan Əhmədovun iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə edilib.
Zaur Axundov T.Əhmədovu təyinat münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, hazırda klubun qarşısında duran əsas vəzifə yaranmış böhranlı vəziyyətdən tez bir zamanda çıxmaq və komandanın əvvəlki nüfuzunu bərpa etməkdir. Məhz bu səbəbdən baş məşqçiyə müvafiq tapşırıglar verilib.
Bu görüşdə həmçinin AZAL-ın növbəti mövsüm üçün strategiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Növbəti ölkə çempionatında yüksək yerlər uğrunda mübarizə aparmağa və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan komanda formalaşdırmaq T. Əhmədovun əsas işi olacaq. Klub rəhbəri eyni zamanda cari problemlərin aradan qaldırılması üçün müvafiq göstərişlər verib. Vitse-prezident F. Hüseynova tapşırılıb ki, verilən göstərişlərin icrasını nəzarətə götürsün və bununla baglı vaxtında hesabatlar versin.
Görüşdə bir daha vurğulanıb kı, AZAL qısa zaman kəsiyində “qara zolaqdan” çıxacaq və qarşıdakı oyunlarda öz azarkeşlərini qələbələrlə sevindirəcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı