"Zenit"in futbolçusu "Atletiko"nun hədəfində

"Zenit"in futbolçusu "Atletiko"nun hədəfində
XƏBƏR 19 Mart 2014 / 00:36 1958
-  A +

İspaniyanın "Atletiko" (Madrid) klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "Sports Direct News"ə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi heyətini "Zenit"in futbolçusu Aksel Vitsellə gücləndirməyi planlaşdırır.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone yeni mövsümdən belçikalı futbolçunu komandasında görmək istəyir. Yüksək məbləğ qarşılığında Peterburq təmsilçisinin Vitseli "Atletiko"ya satacağı bildirilir.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2012-ci ildə "Benfika"dan "Zenit"ə transfer olunmuşdu.


Son xəbərlər