"Milan" Klarens Zeedorfla yolları ayıracaqmı?

"Milan" Klarens Zeedorfla yolları ayıracaqmı?
XƏBƏR 18 Mart 2014 / 20:59 1992
-  A +

"Milan son altı oyunda məğlub olmasına baxmayaraq, baş məşqçi Klarens Zeedorfla yolları ayırmayacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun prezidenti Silvio Berluskoni İtaliya mətbuatına açıqlamasında deyib:

"Zeedorfun klubdan ayrılmasından söhbət  gedə bilməz. O, yeni mövsümdə bizimlə olacaq. Düzdür, "Milan" bu mövsüm uğurlu çıxış etmir. Ancaq bunun günahkarı baş məşqçimiz deyil".

Qeyd edək ki, "Milan" A seriyasında son oyunda "Parma"ya məğlub olduğu üçün azarkeşlər əsəbiləşərək narazılıqlarını bildirmişdi.


Son xəbərlər