"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır

"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır
XƏBƏR 18 Mart 2014 / 16:08 1798
-  A +

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"ni qəbul edəcək "Qarabağ" klubu hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günü tək çalışma ilə bitirib oyun saatını gözləyəcək.

Bazar günü Topaz Premyer Liqada "İnter"i məğlub edən (3:0) "Qarabağ" dünən yüngül çalışma ilə kifayətlənmişdi.
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu saat 17:00-da başlayacaq.

Xatırladaq ki, ilk oyun 0:0 hesabıyla başa çatmışdı.

Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner