Beynəlxalq statistika şirkəti olan "Opta" və "WhoScored.com" saytı bu mövsüm Çempionlar Liqasının ən texnikalı futbolçularının adlarını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, 10 futbolçunun yer aldığı siyahıda "Barselona" klubu 3 oyunçu ilə təmsil olunub.
Kataloniya klubundan Lionel Messi, Neymar və Andres İniyesta ən yaxşı 10 futbolçu sırasına düşməyi bacarıb. "Bavariya" və "Çelsi"dən iki, "Real" (Madrid), "Şalke" və "Zenit"dən isə hərəyə bir futbolçu siyahıda yer alıb.
Çempionlar Liqasının ən texnikalı futbolçusu "Çelsi"nin gənc istedadı Eden Hazarddır. Belçikalı futbolçu dünyanın ən yaxşı iki oyunçusu - Messi və Ronaldonu da geridə qoymağı bacarıb. "Zenit"in braziliyalı futbolçusu Halk ikinci pilləyə sahib çıxıb. Messi üçüncü olarkən, Ronaldo bu siyahıda sonuncu olub.
1. Eden Hazard ("Çelsi")
2. Halk ("Zenit")
3. Lionel Messi ("Barselona")
4. Neymar ("Barselona")
5. Aryen Robben ("Bavariya")
6. Frank Riberi ("Bavariya")
7. Andre Şürlle ("Çelsi")
8. Cefferson Farfan ("Şalke")
9. Andres İniyesta ("Barselona")
10. Kriştiano Ronaldo ("Real", Madrid)
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı