Mançini: "...çempion ola bilməyəcəyik"

Mançini: "...çempion ola bilməyəcəyik"
DÜNYA FUTBOLU 15 Mart 2014 / 01:14 3256
-  A +

"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini Superliqanın son turunda "Karabükspor"la matçdan sonra açıqlama verib.

Qol.Az-ın məlumatına görə, səfərdə vacib iki xal itirdiklərini deyən italiyalı mütəxəssis komandasının problemlərindən danışıb: "İlk hissədə yaxşı oynadıq. Amma nə yazıq ki, rəqib meydanında uğursuz nəticələrimiz davam edir. Biraz da istəkli olmalıyıq. Futbolçularımızda səfər oyunlarında lazımi qədər qələbə istəyi olmur. Rəqib meydanında qələbə qazanmasaq, çempion ola bilməyəcəyik. Neçə hücumçumuz olmağının fərqi yoxdur. Əsas odur ki, qol imkanlarından yararlana bilsinlər".

Qeyd edək ki, "Karabükspor" - "Qalatasaray" matçı qolsuz bərabərliklə başa çatıb.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu