Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.
İsveçrənin "Bazel" klubu öz meydanında "Zalsburq"u qəbul edib və rəqibi ilə 0:0 bərabərə qalıb. "Napoli" səfərdə "Porto"nun qonağı olub və 0:1 hesabı ilə uduzub. Bolqarıstan təmsilçisi "Ludoqorotes" doğma meydanda "Valensiya"ya müqavimət göstərə bilməyib - 0:3.
İki İtaliya klubu "Yuventus" və "Fiorentina" da bu mərhələdə bir-birinə rəqib olub. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Rusiyanın "Anji" klubu səfərdə "Alkmaar"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
"Lion" evdə Çexiyanın "Viktoriya" klubununu sınağa çəkib. Oyun "Lion"un qələbəsi ilə başa çatıb - 4:1. "Sevilya" digər İspaniya təmsilçisi "Betis"i qonaq edib və 0:2 hesabı ilə məğlub olub. "Tottenhem" isə doğma divarlar önündə "Benfika" ilə qüvvəsini sınayıb. Bu oyunda sevinən tərəf qonaqlar olub - 1:3.
Qeyd edək ki, 1/8 finalın cavab görüşləri martın 20-də keçiriləcək.
13 mart
Avropa Liqası, 1/8 finalın ilk oyunları
00:05. "AZ Alkmaar" (Hollandiya) - "Anji" (Rusiya) - 1:0
Qol: Yohanson, 29-pen (1:0)
00:05. "Yuventus" (İtaliya) - "Fiorentina" (İtaliya) - 1:1
Qollar: Vidal, 3 (1:0), M.Qomez, 79 (1:1)
00:05. "Lion" (Fransa) - "Viktoriya" (Çexiya) - 4:1
Qollar: Horava, 3 (0:1), Fofana, 12 (1:1), Lakazetti, 53 (2:1), Mvuemba, 61 (3:1), Fofana, 70 (4:1)
00:05. "Sevilya" (İspaniya) - "Betis" (İspaniya) - 0:2
Qollar: Baptistao, 15 (0:1), Sevilya, 77 (0:2)
00:05. "Tottenhem" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:3
Qollar: Rodriqo, 29 (0:1), Luisao, 58 (0:2), Eriksen, 64 (1:2), Luisao, 84 (1:3)
22:00. "Bazel" (İsveçrə) - "Zalsburq" (Avstriya) - 0:0
22:00. "Portu" (Portuqaliya) - "Napoli" (İtaliya) - 1:0
Qol: Martinez, 57 (1:0)
22:00. "Ludoqorotes" (Bolqarıstan) - "Valensiya" (İspaniya) - 0:3
Qollar: Barraqan, 5 (0:1), Kartabya,33 (0:2), Senderos, 59 (0:3)
Qırmızı vərəqələr: Keyta, 24 ("Valensiya"), Juninyo, 80 ("Ludoqorotes")
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı