Türkiyə Superliqasında 24-cü turun son qarşılaşmasında qalmaqal yaşanıb.
Qol.Az-ın məlumatına görə, "Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb.
Buna yerli azarkeşlərin meydançaya yad əşyalar, pekardalar, partladıcı maddələr atması səbəb olub. İlk hissənin ortalarında məhz bu səbəbdən oyun 10 dəqiqə dayansa da, sonradan qaldığı yerdən davam edib.
Lakin ilk hissəyə əlavə edilən 10-cu dəqiqədə azarkeşlər tərəfindən "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirələ yad əşyaların atılması oyunun yenidən durmasına səbəb olub. Matçın baş hakimi Bülənt Yıldırım dərhal köməkçiləri ilə paltardəyişmə otağına yollanıb. Ardından "Fənərbaxça"lı futbolçular da paltardəyişmə otağına gediblər. Daha sonra görüşün təxirə salındığı rəsmən elan olunub.
Qeyd edək ki, ilk hissədə cəmi bir qol olmuşdu. Matçın 23-cü dəqiqəsində Emanuel Emenike "Fənərbaxça"nı hesabda önə keçirmişdi.
10 mart
Türkiyə Superliqası, 24-cü tur
"Trabzonspor" - "Fənərbaxça" - 0:1 (Təxirə salınıb)
Qol: Emenike, 23 (0:1)
9 mart
"Qaziantepspor" - "Kayserispor" - 2:1
Qollar: Serenqo, 23 (0:1), Tosun, 72 (1:1), Traore, 77 (2:1)
"Gənclərbirliyi" - "Sivasspor" - 2:1
Qollar: Radkov, 19 (0:1), Stanku, 59 (1:1), Durmaz, 82 (2:1)
"Antalyaspor" - "Rizespor" - 1:2
Qollar: Diarra, 7 (1:0), Leonard, 63 (1:1), 67 (1:2)
"Beşiktaş" - "Eskişehirspor" - 1:0
Qol: Adem Gülüm, 89 (1:0)
8 mart
"Elazığspor" - "Kasımpaşa" - 0:0
"Bursaspor" - "Karabükspor" - 1:0
Qol: Fernando, 83-pen (1:0)
"Erciyesspor" - "Konyaspor" - 1:0
Qol: Edinyo, 56 (1:0)
"Qalatasaray" - "Akhisar Bələdiyyəspor" - 6:1
Qollar: Droqba, 13 (1:0), Telles, 18 (2:0), Droqba, 48 (3:0), B.Yılmaz, 55 (4:0), Akyüz, 59 (4:1), Mezenqa, 65-avtoqol (5:1), Sneyder, 73 (6:1)
| 1. | Fənərbaxça | 23 | 16 | 3 | 4 | 51 |
| 2. | Qalatasaray | 24 | 13 | 9 | 2 | 48 |
| 3. | Beşiktaş | 24 | 13 | 7 | 4 | 46 |
| 4. | Sivasspor | 24 | 11 | 3 | 10 | 36 |
| 5. | Kasımpaşa | 24 | 9 | 8 | 7 | 35 |
| 6. | Akhisar | 24 | 10 | 5 | 9 | 35 |
| 7. | Trabzonspor | 23 | 9 | 7 | 7 | 34 |
| 8. | Karabukspor | 24 | 9 | 7 | 8 | 34 |
| 9. | Bursaspor | 24 | 9 | 7 | 8 | 34 |
| 10. | Eskisehirspor | 24 | 9 | 6 | 9 | 33 |
| 11. | Qaziantepspor | 24 | 9 | 5 | 10 | 32 |
| 12. | Konyaspor | 24 | 8 | 4 | 12 | 28 |
| 13. | Gənclərbirliyi | 24 | 8 | 4 | 12 | 28 |
| 14. | Elazığspor | 24 | 8 | 3 | 13 | 27 |
| 15. | Antalyaspor | 24 | 5 | 10 | 9 | 25 |
| 16. | Rizespor | 24 | 6 | 7 | 11 | 25 |
| 17. | Erciyesspor | 24 | 7 | 4 | 13 | 25 |
| 18. | Kayserispor | 24 | 3 | 7 | 14 | 16 |
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı