2014-cü il üçün dünyanın ən zəngin futbolçularının adları açıqlanıb.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 10 futbolçunun yer aldığı siyahıya "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir.
Madrid klubunda ilinə 17 milyon avro qazanan portuqaliyalı futbolçu "Nike", "Armani", "Castrol Edge", "Jacob & Co", "Herbalife", "Banco Espirito Santo" və KFC kimi bahalı şirkətlərdən yüksək gəlir əldə edir. Madrid, Lissabon və Madeyrada mülkləri olan Ronaldonun avtomobil kolleksiyasında "Lamborcini Aventador" və "Buqatti Veyron" kimi bahalı maşınlar var.
"Barselona"nın ulduz futbolçusu Lionel Messi isə siyahıda ikinci olub. Kataloniya klubunda ilinə 15 milyon avro qazanan argentinalı futbolçu "Adidas" şirkəti ilə imzaladığı sponsporluq müqaviləsindən ildə 2 milyon avro qazanır. Doğulduğu Rosario vilayətində bir sıra evləri olan Messinin Barselonada lüks bir malikanəsi də mövcuddur. 26 yaşlı futbolçu "Ferrari F430 Spider" və "Audi R8" kimi bahalı avtomillərə də sahibdir.
2011-ci ildə 20 milyon avro müqabilində "İnter"dən "Anji"yə transfer olunan Samuel Eto'O dünyanın ən varlı üçüncü futbolçusu olmağı bacarıb. Kamerunlu futbolçu 2009-cu ildən bəri milli komandada forma geyindiyi hər oyun üçün 33 min avro qazanır. PUMA, "Ford" və "John Richmond" şirkətləri ilə müqaviləsi olan 32 yaşlı futbolçu reklam çəkilişlərindən də yüksək gəlir əldə edir. Eto'Onun bir "Buqatti Veyron", iki "Aston Martin" və bir "Maybak" kimi bahalı avtomobilləri var.
1. Kriştiano Ronaldo ("Real", Madrid)
2. Lionel Messi ("Barselona")
3. Samuel Eto'O ("Çelsi")
4. Ueyn Runi ("Mançester Yunayted")
5. Kaka ("Milan")
6. Neymar ("Barselona")
7. Ronaldinyo ("Atletiko Mineyro")
8. Zlatan İbrahimoviç (PSJ)
9. Canluici Buffon ("Yuventus")
10. Tyeri Anri ("Nyu-York Red Bulls")
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı