Messinin rəsmi debütündən on il keçdi (VİDEO)

Messinin rəsmi debütündən on il keçdi (VİDEO)
VİDEO 7 Mart 2014 / 17:46 1752
-  A +

Dünən, martın 6-da Lionel Messinin “Barselona”dakı rəsmi debütündən on il keçib.

Qol.Az-ın xəbərinə görə, 2004-cü ilin həmin günündə gələcəyin 16 yaşlı argentinalı ulduzu Kataloniya klubunun B komandasında “Miniestadi Мataro” ilə görüşdə əsas heyətdə meydana çıxıb. Bu qarşılaşmada “Barsa”nın gəncləri 1:0 hesabı ilə qalib gəlib. Messi qol vurmasa da, 90 dəqiqə meydanda olub.

Maraqlıdır ki, Messi buna qədər “Barsa”nın əsas komandasında bir oyunda iştirak etmişdi. O, 2003-cü ilin noyabrın 16-da bir yoxlama görüşündə meydana çıxıb. Onun əsas komanda ilə rəsmi debütü isə 2004-cü ilin oktyabrın 16-da “Espanyol”a qarşı matça təsadüf edir.



Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır