Millimizin rəqiblərindən yalnız Bolqarıstan qələbə qazandı

Millimizin rəqiblərindən yalnız Bolqarıstan qələbə qazandı
GÜNDƏM 6 Mart 2014 / 02:55 6215
-  A +

Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib.

Qol.Az-n məlumatına görə, millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibləri də yoxlama oyunlarında qüvvəsini sınayıb.

Bolqarıstan öz meydanında Belarus millisi ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Səfərdə Albaniya yığması ilə üz-üzə gələn Malta rəqibinə 0:2 hsabı ilə uduzub. 

Qrupumuzun favoriti sayılan İtaliya səfərdə son dünya və Avropa çempionu İspaniya ilə qüvvəsini sınayıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xorvatiya İsveçrə, Norveç isə Çexiya ilə 2:2 bərabərə qalıb.





5 mart

Beynəlxalq yoldaşlıq oyunları

01:00. İspaniya – İtaliya - 1:0
Qol:
Pedro, 63 (1:0)

23:30. İsveçrə  - Xorvatiya - 2:2
Qollar:
Drmiç, 34 (1:0), Oliç, 39 (1:1), Drmiç, 41 (2:1), Oliç, 55 (2:2)

19:45. Bolqarıstan – Belarus - 2:1
Qollar:
Milanov, 15 (1:0), Qadjev, 66 (2:0), Krivets, 86 (2:1)

21:00. Albaniya - Malta - 2:0
Qollar:
Başa, 26 (1:0), Meha, 53 (2:0)

21:30. Çexiya – Norveç - 2:2
Qollar:
Rosiçki, 11 (1:0), Elyounoussi, 21 (1:1), Vudro, 39 (2:1), Pedersen, 88 (2:2)

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə