"Qəbələ" klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin Qol.Az saytına müsahibəsi
- Çempionatın son turunda "Qarabağ"a məğlub oldunuz. Məğlubiyyəti necə şərh edərdin?
- Onu deyə bilərəm ki, rəqibi yaxşı analiz etmişdik. Çalışırdıq ki, meydanın orta xəttini bağlayaq və cinahlardan hücuma keçək. Ancaq əfsuslar olsun ki, meydanda olan futbolçularımızdan heç biri istənilən oyunu nümayiş etdirə bilmədi. Elə bil ki, bizim günümüz deyildi. "Qarabağ" da bu gün ən güclü komandalardan biridir. Onları qələbə münasibəti ilə təbrik edirəm. Həmin oyunda yol verdiyimiz səhvlər üzərində çalışırıq.
- Demək istəyirsən ki, bu, "Qəbələ"nin gücü deyildi?
- Deməzdim ki, bu belədir. Sadəcə, potensialımızı ortaya qoya bilmədik. Bunun səbəbi çox şeylə bağlı ola bilər. "Qəbələ" tarixində stadionda bu qədər azarkeş olmamışdı. Təəssüf ki, onları sevindirə bilmədik. Deməzdim ki, "Qarabağ" səviyyəcə bizdən artıqdır. Heç bir komanda səviyyəcə bizdən artıq ola bilməz. Bəlkə də, biz həmin oyuna yaxşı hazırlaşmamışdıq. Ona görə də pis nəticə verdik.
- Bu mövsüm ardıcıl üç oyundur ki, "Qarabağ"a məğlub olursunuz...
- Bu barədə yaxınlarımla, dostlarımla çox müzakirə etmişəm. Bir dostumdan soruşdum ki, bizim də yaxşı futbolçularımız var, rəhbərlik bizə yaxşı qayğı göstərir, yəni "Qarabağ"la eyni səviyyəli komandayıq. Bəs bu komandaya qalib gələ bilməməyimizin səbəbi nədir? Dostum mənə bildirdi ki, İspaniyada "Real" (Madrid) klubu "Barselona"nı 7-8 il məğlub edə bilməyib. Bu, o demək deyil ki, "Real" aşağı səviyyəli komandadır. Fikir verin, bu gün "Real"la "Barselona"nın xalları eynidir. Yəni, belə hallar dünyanın hər yerində baş verir. Biz də səhvlərimizin üzərində işləyirik. "Qarabağ" 3 dəfə məğlub olmağımızın səbəblərini araşdırırıq. Əsas odur ki, bunun səbəblərini aşkar edək. "Qarabağ"la oyundan sonra baş məşqçimiz bizə səhvlərimizi dedi. Hamımız bilirik ki, Reynaldonun yeganə sağ ayağı işləkdir. Buna baxmayaraq, o, imkan tapdı və topu sağa çəkərək qapıya düzgün zərbə endirdi. Ondan qabaq bizim də qol imkanlarımız oldu. Amma bu gün əsas olan nəticədir. Hər kəs nəticədən danışır. "Qarabağ"a uduzmağımız fəlakət deyil. Biz kubok oyunlarında da "Qarabağ"la qarşılaşacağıq. Çalışacağıq ki, "Qarabağ"a qalib gələ bildiyimizi hamıya sübut edək.
- Növbəti turda "Xəzər Lənkəran"ı qəbul edəcəksiniz...
- "Xəzər Lənkəran" qış fasiləsindən sonra yaxşı təsir bağışlayr. Neçə gündür ki, ancaq "Xəzər Lənkəran"a necə qalib gələcəyimizin yollarını axtarırıq. Biz çempionluğa oynayırıqsa, ilk "üç"lükdə qərarlaşmışıqsa, hər bir oyuna qələbə üçün çıxmalıyıq. Baş məşqçimiz "Xəzər Lənkəran" haqda bizə lazımi məlumatları verib. Lənkəran təmsilçisi "Qarabağ"dan zəif komanda deyil. Ona görə də rəqibimizə hörmətlə yanaşırıq. Mustafa Dənizli "Xəzər Lənkəran"da yaxşı əhval-ruhiyyə yaradıb. Komanda son vaxtlar yaxşı təsir bağışlayır.
- "Xəzər Lənkəran"ın "Qarabağ" və "Neftçi" ilə oyunlarından sonra bu komanda haqda hansı qənaətə gəlmisiniz?
- Əsasən "Neftçi" ilə oyunda göründü ki, "Xəzər Lənkəran" sonadək mübarizə aparan bir komandadır. Bir komanda son dəqiqədə qol vurursa, deməli, orada yaxşı əhval-ruhiyyə var. Rəqibimiz əzmkar heyətə malikdir. Əfsuslar olsun ki, Azərbaycanda sona qədər mübarizə aparan komandalar azdır. Lakin "Xəzər Lənkəran"da bu keyfiyyət var. Gördüyünüz ki, "Neftçi" ilə oyunun son 5 dəqiqəsində iki qol vurdular. Əminliklə deyə bilərəm ki, bu qarşılaşma bizim üçün "Qarabağ"la oyundan asan olmayacaq.
- "Qarabağ"la "Qəbələ"ni müqayisə etdik. Bəs "Neftçi" ilə "Qarabağ"ı necə müqayisə edərdin?
- Mənim üçün hər iki komanda rəqibdir. "Neftçi"yə də qalib gəlsək, üç xal qazanırıq, "Qarabağ"a da. Bu iki komanda böyük tarixə malikdir. Deməzdim ki, hansısa komandanın oyunçuları daha üstündür. Bu komandaların gücü var ki, ilk "üç"lükdə qərarlaşıblar.
- Son dövrlər daima əsas heyətdə çıxış edirsən və inamlı təsir bağışlayırsan. Berti Foqts bu dəfə səni milliyə çağırmasa, bunu necə qarşılayarasan?
- Foqts bu dəfə məni milliyə çağırmasa, kimdənsə küsmərəm. İnsan ilk növbədə özü ilə mübarizə aparmalıdır. Bu gün baş məşqçi məni yığmaya çağırmırsa, deməli oyunum onu qane etmir. Üzərimdə daha çox işləməliyəm. Hər bir futbolçu kimi mən də yığmada çıxış etmək istəyirəm. İstəyim böyükdür. Millidə oynamağa tam hazıram. Əgər Foqts məni milliyə çağırsa, meydanda canımı qoymağa hazıram. Yox əgər yığmaya dəvət olunmasam, belə qənaətə gələcəm ki, daha artığını etməliyəm. Foqtsa sübut edəcəm ki, yığmada oynamağa layiqəm.
Ramiq AĞAMƏMMƏDOV
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi