İspaniya və Misir yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (0:0) səsləndirilən islamofob şüarlar etirazlara səbəb olub.
QOL.az xəbər verir ki, matç zamanı bir qrup ispaniyalı azarkeşin təhqiramiz şüarlar səsləndirməsi, Misirin dövlət himninin fitə basılması və ölkənin baş naziri Pedro Sançesə qarşı ifadələr işlədilməsi ciddi etirazlara yol açıb.
Hadisədən sonra İspaniya millisinin gənc futbolçusu Lamin Yamal da məsələyə münasibət bildirib. O, sosial şəbəkədə paylaşımında müsəlman olduğunu vurğulayaraq bu cür davranışların qəbuledilməz olduğunu qeyd edib və dini məsxərəyə qoymağın insanı yalnız cahil və irqçi kimi göstərdiyini bildirib.
Yamal futbolun məqsədinin insanların inancına hörmətsizlik yox, oyundan zövq almaq və dəstək vermək olduğunu vurğulayıb.

“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu