"Nəyə qadir olduğumuz "Neftçi" ilə oyunda bilinəcək"

"Nəyə qadir olduğumuz "Neftçi" ilə oyunda bilinəcək"
ÖLKƏ FUTBOLU 13 Fevral 2014 / 15:07 3287
-  A +

"Neftçi" ilə oyunumuz həmişə maraqlı, mübarizəli keçib. "Qarabağ"da  çıxış edəndə də bu komandaya qarşı oyunlar mənim üçün yadda qalan olub. Bu dəfə də gərgin qarşılaşma olacağı gözlənilir".

Qol.Az saytına açıqlamasında bu sözləri "Bakı" klubunun kapitanı Rauf Əliyev Topaz Premyer Liqanın növbəti turunda "Neftçi" ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib.

"Xəzər Lənkəran"la oyunda "Neftçi"nin 4 aparıcı üzvü cazalı duruma düşərək "Bakı" ilə oyunu buraxmalı olub. Millimizin hücumçusu bunu "Bakı"nın üstünlüyü kimi qiymətləndirməyib: "Biz buna arxayınlaşmamalıyıq. Çalışmalıyıq ki, qələbələrin ardını gətirək. "Neftçi"nin hücum xətti bizə çətinlik yarada bilər. Rəqibimiz əsas müdafiəçilərin yoxluğundan əziyyət çəkir. Məncə, bu itkilər "Neftçi" üçün çox da böyük problem yaratmayacaq. "Neftçi"yə qarşı həmişə ehtiyyat edirik. Son oyunda bu komanda azlıqda olmasına baxmayaraq, bizi məğlub etmişdi. Ancaq həmin məğlubiyyət kobud səhvlərmizdən olmuşdu. Bu dəfə bizim üstünlüyümüz var. Çünki doğma meydanda oynayacağıq. Bundan sitifadə edib qələbə qazanmaq istəyirik. Düzdü, qış fasiləsindən sonra hər iki oyunda qalib gəlmişik. Ancaq rəqiblərimiz iddalı klublar yox, "Rəvan" və "Simurq" olub. Ona görə də demək olmaz ki, bizdə hər şey qaydasındadır. "Neftçi" ilə oyunda nəyə qadir olduğumuzu biləcəyik".

"Simurq"la qarşılaşmada fərqlənərək qol sayını 7-ə çatdıran futbolçu "Neftçi"ni də məyus etmək istədiyini bildirib: "Hücumçu kimi işim qol vurmaqdır. İnşallah "Neftçi"yə də qol vurmağa çalışacam. Tam səmimi deyirəm ki, ilk növbədə komandamın qalib gəlməyini, sonra qol vurmağımı düşünürəm. Əsas odur ki, komanda olaraq yaxşı oyun nümayiş etdirək. Belə olsa, qol da olacaq".

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner