İspaniya kuboku: "Barselona" finalda "Real"a rəqib oldu

İspaniya kuboku: "Barselona" finalda "Real"a rəqib oldu
DÜNYA FUTBOLU 13 Fevral 2014 / 03:27 6432
-  A +

Bu gecə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son oyun günündə "Real Sosyedad" və "Barselona" komandaları üz-üzə gəlib.

İlk görüşdə səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real Sosyedad" klubu doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. Bu oyunda rəqibi ilə 1:1 bərabərə qalan "Barselona" finala yüksəlib.

Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək.






13 fevral

İspaniya kuboku, yarımfinal mərhələsi

01:00. "Real Sosyedad" -  "Barselona" (İlk oyun - 0:2) - 1:1
Qollar: Messi, 27 (0:1), Qriezman, 87 (1:1)


12 fevral

"Atletiko" (Madrid) - "Real" (Madrid) - 0:2 (İlk oyun - 0:3)
Qollar:
Ronaldo, 7-pen. (0:1), 16-pen. (0:2)


Son xəbərlər