"Bavariya"dan rekord müqavilə

"Bavariya"dan rekord müqavilə
DÜNYA FUTBOLU 11 Fevral 2014 / 21:13 4344
-  A +

Bundesliqa tarixinin ən yüksək məbləğli müqaviləsi imzalanıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Allianz" sığorta şirkəti 110 milyon avro ödəyərək "Bavariya"nın səhmlərinin 8.33 faizini birdəfəlik alıb.  Bununla da şirkət "Adidas" və "Audi"dən sonra Münhen təmsilçisinin üçüncü ən böyük tərəfdaşı olub.

Qeyd edək ki, "Adidas" 2001-ci ildə klubun 10 faizini almaq üçün 75 milyon , Audi isə 9.09 faiz üçün 90 milyon avro ödəyib.

Əlavə edək ki, bundesliqa tarixinə keçən müqaviləyə imza atan "Bavariya"  əldə etdiyi gəlirlə "Allianz Arena"nı birdəfəlik almaq üçün götürdüyü kreditləri ödəyəcək.


Son xəbərlər