"Ağ olimpiada": yarış başladı

"Ağ olimpiada": yarış başladı
ÖLKƏ FUTBOLU 6 Fevral 2014 / 11:19 2223
-  A +

Fevralın 7-də Rusiyanın Soçi şəhərində Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Qol.Az-ın xəbərinə görə, saat 20:15-də başlanacaq mərasimə 50-dən çox ölkə liderinin qatılacağı gözlənilir.

Bu gün səhərdən isə XXII Qış Olimpiya Oyunlarının yarış proqramına start verilib. Hamıdan əvvəl - saat 10:00-da mübarizəyə kişi snoubordçular başlayıblar.
 
Onlar sloupstayl üzrə təsnifat mərhələsinə qatılıblar.
 
Saat 14:00-da qadın sloupstaylı üzrə qadınlar arasında təsnifat yürüşləri olacaq.
 
Saat 18:00-da qadın fristaylçılar moqula proqramı üzrə təsnifat mərhələsində iştirak edəcəklər.
 
Nəhayət, saat 19:00-da fiqurlu konkisürmənin debüt növü olan komanda yarışlarında qısa proqram üzrə qadınlar, saat 21:10-da isə kişilər mübarizəyə qoşulacaqlar.
 

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner