"Qəbələ" klubunun müdafiəçisi Ruslan Tağızadənin Qol.Az saytına müsahibəsi
- Qış təlim-məşq toplanışından sonra komandanız ilk oyununa çıxdı. "Sumqayıt" üzərində qələbə qazandığınız matç sənin üçün də debüt oyunu kimi yadda qaldı. Qarşılaşma haqda fikirlərini bilmək istərdik.
- Bəli, ilk dəfə idi ki, "Qəbələ"nin heyətində rəsmi oyuna çıxırdım. Ona görə də həyacanlı idim. Üstəlik "Qəbələ" kimi bir komandanın heyətində ilk 11-likdə yer almaq daha çox məsuliyyətli olmağı tələb edirdi. Bizi xeyli sayda azarkeş izləyirdi. İstəyirdim ki, "Qəbələ"sevərlərə özümü yaxşı tərəfdən göstərim. Şükürlər olsun ki, hər şey yaxşı alındı, 3 cavabsız qolla qalib gəldik.
- Öz oyunun haqqında nə deyə bilərsən? Baş məşqçi razı qaldımı səndən?
- Mən desəm də yaxşı oynadım, yenə baş məşqçinin fikri əsasdır. Əlimdən gələni edirdim ki, mənə göstərilən etimadı doğruldum. Komandaya xeyir vermək üçün çalışdım. Kobud səhvlərlə yadda qalmadım. Baş məşqçimiz kimisə ayrıca qiymətləndirmədi. Hər halda bütün futbolçularımız yaxşı çıxış edib ki, 3:0 hesabı ilə qalib gəlmişik.
- Səni müdafiənin sağ cinahında gördük. Bu mövqe sənə yad deyil?
- AZAL-da yarımmüdafiədə oynayırdım. Hərdən müdafiədə də çıxış edirdim. Antalyadakı yoxlama oyunlarında da hər iki mövqedə çıxış etmişəm. Ona görə də mənim üçün harda oynamağımın fərqi yoxdur. Həm müdafiədə, həm də yarımmüdafiədə eyni səviyyədə çıxış edə bilirəm, çətinlik çəkmirəm.
- Növbəti oyununuz "Qarabağ"ladır. Sən və digər komanda yoldaşların "Qarabağ"ı "Qəbələ"yə əsas rəqib adlandırmısınız. Mövsümün ilk yarısında hər iki görüşdə "Qarabağ" "Qəbələ"ni məğlub edib. Bu dəfə hansı nəticəni gözləmək olar?
- Hamı bilir ki, "Qarabağ" çempionluğa layiq olan əsas komandalardan biridir. Rəqibimizin son turda "Xəzər Lənkəran"a uduzması bizi rahatlatmır. Əksinə "Qarabağ" Qəbələyə ancaq qələbə üçün gələcək. Ona görə də bizi necə çətin oyun gözlədiyini təsəvvür etmək çətin deyil. Hazırda "Qarabağ"dan iki xal öndəyik. Liderliyimizi qorumaq üçün bizi ancaq üç xal qane edir. İnşallah bu dəfə "Qarabağ"a qalib gələcəyik. Çünki artıq sıra bizdədir. Ancaq bir daha deyirəm ki, "Qarabağ" çempionluq yolunda yeganə rəqibimizdir.
- Bəs, digər komandalar?
- Demirəm ki, digər komandalar zəifdir. "Neftçi"nin və "Bakı"nın da şansları var. Ancaq bizim əsas rəqibimiz "Qarabağ"dır.
- Əminliklə "Qarabağ"a qalib gələcəyinizi deyirsən. "Qəbələ"nin mövsümün ilk yarısına nisbətən gücləndiyini demək olar? Nəzərə alaq ki, əvvəlki qarşılaşmalarda "Qarabağ" "Qəbələ"yə qalib gəlib.
- "Qəbələ" əvvəl də güclü olub. Sadəcə "Qarabağ"a məğlub olduğu oyunlarda hücumçuların bəxti gətirməyib. "Qarabağ"ın "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldiyi oyunda mübarizə ancaq "Qarabağ"ın qapısı qarşısında gedirdi. Demək olar ki, "Qəbələ" təkqapıya oynayırdı. Ancaq "Qarabağ" bir şans əldə etdi və qol vurub qalib gəldi. Demək istəyirəm ki, ilk dövrələrdə də "Qəbələ" çox güclü olub. Yuri Syomin kimi bir baş məşqçisi olan komanda zəif ola bilməz.
- "Qəbələ"nin yeni transferləri haqda nə deyə bilərsən?
- Kamran Ağayev haqda danışmağa ehtiyac yoxdur. O, Azərbyacanın ən güclü qapıçılarından biridir. Onun komandamıza çox xeyri dəyə bilər. Marat İzmaylov isə son illərin ən yaxşı futbolçularındandır. Uzun illər Rusiya Premyer Liqasında, son olaraq isə "Portu" kimi klubda çıxış edib. Onun təcrübəsi bizə çox xeyir verə bilər. İnanıram ki, çempionluq mübarizəmizdə gücümüzə güc qatacaqlar.
Ramiq AĞAMƏMMƏDOV
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu