Ançelottini "Real"da kim əvəzləyəcək?

Ançelottini "Real"da kim əvəzləyəcək?
ÖLKƏ FUTBOLU 5 Fevral 2014 / 10:41 4201
-  A +

"Real" (Madrid) İngiltərə "Sauthempton"un baş məşqçisi Maurisio Pokettinonun işini yaxından izləyir.

Qol.Az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, 41 yaşlı mütəxəssis Madrid təmsilçisinin gələcək baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır.

Karlo Ançelotti istefaya göndəriləcəyi təqdirdə "Real"ın baş məşqçi vəzifəsinə məhz Pokettino gətiriləcək. Ançelottinin qarşısına bu mövsüm Çempionlar Liqasını qazanmaq kimi vəzifə qoyulub. İtaliyalı mütəxəssis bunu bacarmazsa, istefaya göndəriləcək.

Qeyd edək ki, Pokettinonun çalışdırdığı "Sauthempton" klubu Premyer Liqada geridə qalan 24 turdan sonra 35 xalla 9-cu pillədə qərarlaşıb.

Əlavə edək ki, "Real"ın gələcək baş məşqçi vəzifəsnə namizədlər sırasında hazırda Ançelottinin köməkçisi vəzifəsində işləyən Zinəddin Zidan da var.

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner