"Qarabağ" hazırlığını davam etdirir

"Qarabağ" hazırlığını davam etdirir
XƏBƏR 18 Yanvar 2014 / 18:40 1756
-  A +

Topaz Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" günün yeganə çalışmasına saat 11:00-da yollanıb.

Məşq 1 saat 40 dəqiqə davam edib. Fiziki hazırlıq üzərində qurulmuş çalışma sonunda 2 qrupa bölünən komanda futbolla məşqi başa çatdırıb. "Qarabağ"ın məşqində zədəli Nikolas Gelaşvili iştirak etməyib. Əvəzində düşərgəyə gec qoşulan braziliyalılar komandayla birlikdə kollektiv çalışmada iştirak ediblər.

Qeyd etdiyimiz kimi "Qarabağ" klubu sabah ilk yoxlama oyununa çıxacaq. Rumıniyanın "Dinamo" (Buxarest) klubuyla Bakı vaxtıyla saat 13:30-a təyin olunub.

Son xəbərlər
topaz banner