Mançini: "Bu transferlərlə daha güclü olacağıq"

Mançini: "Bu transferlərlə daha güclü olacağıq"
XƏBƏR 18 Yanvar 2014 / 18:19 2566
-  A +

"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini yeni futbolçuları  haqda danışıb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis "GS TV"ə açıqlamasında  komanda üçün çox yaxşı transferlər etdiklərini deyib:

"Prezident Ünal Aysalla danışıqlarımızda məqsədimiz komandanın heyətini gəncləşdirmək idi. Transfer etdiyimiz futbolçuların da hamısı gəncdir. Melo, Səlçuk, Burak və Droqbanın yanına belə oyunçular lazım idi. Bu cür daha güclü olacağıq".

Yeni transferlərdən Aleks Telles barədə də fikrilərini bildirən Mançini onun komandaya çox böyük kömək olacağını vurğulayıb: "Tellesin transferi çox yaxşı oldu. Onu 3-4 aydır ki, izləyirdim, ancaq əvvəldən tanıyırdım. Sol ayağından çox yaxşı istifadə edir. Telles gənc ola bilər, ancaq "Qremio"da davamlı olaraq forma geyirdi. O, komandaya çox böyük kömək olacaq".

Təcrübəli çalışdırıcı həmçinin müdafiə xəttinə bir futbolçu daha transfer edə biləcəklərini qeyd edib.

Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass