Əziz Yıldırım prezidentlikdən məhrum olur

Əziz Yıldırım prezidentlikdən məhrum olur
XƏBƏR 17 Yanvar 2014 / 19:00 2837
-  A +

Türkiyədə ali məhkəmə funksiyalarını yerinə yetirən Yarğıtay ölkə futbolunda danışılmış oyunlarla (şike) bağlı məhkəmənin verdiyi qərarı təsdiqləyib.
 
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ölkənin son apellyasiya instansiyası olan Yarğıtay “Fənərbaxça” idman klubunun prezidenti Əziz Yıldırım haqqında məhkəmənin çıxardığı məhkumluq qərarını təsdiq edib.

Bu qərardan sonra Ə.Yıldırımın idman klubuna rəhbərlik etmək hüququndan məhrum edilməsi gözlənilir.
 
Xatırladaq ki, məhkəmə Ə. Yıldırıma 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Lakin o, Yarğıtayın qərarına qədər azadlığa buraxılmışdı. Ə. Yıldırımın yenidən həbs olunub-olunmayacağı hələlik dəqiqləşməyib. 

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır