"Arxada qoyduğumuz il mənim üçün həyatımın ən uğurlu ili oldu. Əsas komandada debüt etdim, bir çox vacib oyunlarda meydançada yer aldım. Necə deyərlər, həyatımın 21-ci ili yeniliklərlə, maraqlı hadisələrlə zəngin oldu".
Qol.Az-ın məlumatına görə, bu sözləri yanvarın 15-də "Qəbələ"nin Antalya düşərgəsində ad gününü - 21 yaşını qeyd edən Müşfiq Teymurov klubun saytına açıqlamasında deyib.
"Qəbələ"nin bugünkü səhər məşqində baş məşqçi Yuri Syomin və komanda yoldaşlarının təbriklərini qəbul edən gənc müdafiəçi başlıca məqsədinin millinin heyətində yer almaq olduğunu bildirib:
"Gəncəm, deyərdim ki, peşəkar futbol həyatımda hər şey yeni başlayır. Arzularım çoxdur. Ən əsası yaxşı və stabil oyun göstərib komandamın heyətində möhkəmlənməliyəm. Artıq illərdir ki, "Qəbələ"dəyəm. Bütün futbol həyatım "Qəbələ" ilə bağlıdır. Bu komanda mənə çox doğmadır. Futbolçu karyeramı "Qəbələ"də bitirmək istəyirəm. Əsas hədəfim milli komandanın heyətinə cəlb olunmaqdır. Amma bunun üçün çox çalışmalıyam, özümü sübut etməliyəm. İnanıram ki, bu missiyanın öhdəsindən gələcəyəm".
"Zirə" "Payde"yə uduzdu
"Brügge"dən "Arsenal"a
Avropada 10-cu qol
"Çelsi"dən yeni transfer
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov