Millimizin baş məşqçisi Berti Foqts "Rubin"in məşqində iştirak edib.
Qol.Az-ın məlumatına görə, daha sonra klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis Kazan təmsilçisinin və yığmamızın futbolçusu Ruslan Abışov haqda müsbət fikirlər səsləndirib. Təcrübəli çalışdırıcı R.Abışov kimi oyunçunun onun komandasında olmasından şad olduğunu deyib:
"O, ən yaxşı futbolçularımdan biridir. Abışovdan nəyə görə klubda tez-tez oynamamasını soruşdum. Komandanın sabiq çalışdırıcısı Ruslana start heyətdə şans vermirdi. İnanıram ki, yeni baş məşqçinin rəhbərliyi altında o, özünü daha yaxşı göstərə biləcək. Ruslana uğurlar arzulayıram".
Gənc oyunçunun millinin lideri olduğunu bildirən B.Foqtsin qeyd edib ki, R.Abışov "Rubin"də də liderlərdən olacaq: " O, cavan olduğu üçün xarici klublarda oynayıb, bir az təcrübə yığmalıdır. Ruslanda özünəinam hissi çatmır. Axı, o, Fransadan və ya İspaniyadan deyil, Azərbaycandan gəlib. Ancaq yenə də çox yaxşı yarımmüdaiəçidir".
"Zirə" "Payde"yə uduzdu
"Brügge"dən "Arsenal"a
Avropada 10-cu qol
"Çelsi"dən yeni transfer
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov