“Kocaelispor” “Qəbələ”nin müqavimətini qıra bilmədi

XƏBƏR 24 İyul 2009 / 21:35 2255
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün İzmitdə həmyerlimiz Ramal Hüseynovun da şərəfini qoruduğu “Kocaelispor”la üz-üzə gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Nail Kərimovun Qol.Az-a verdiyi məlumata görə, bir qədər bundan əvvəl başa çatan qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu, “Kocaelispor”un cari yay toplanışında bizimkilərə ikinci dueli olub. 2 gün bundan öncə “Muğan”la qarşılaşan izmitlilər salyanlıları 3:2 hesabı ilə məğlub etmişdilər

 


Son xəbərlər
topaz banner