Millimizin müdafiəçisinin Almaniyayla oyunda iştirakı sual altındadır

Millimizin müdafiəçisinin Almaniyayla oyunda iştirakı sual altındadır
XƏBƏR 23 İyul 2009 / 13:46 1921
-  A +

“Hazırda “İnter”lə birgə Bolqarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edirəm. Amma bərpaetmə prosesi keçdiyimdən komanda ilə birgə deyil, fərqi şəkildə məşq edirəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in və milli komandamızın müdafiəçisi Vladimir Levin deyib. Levin bildirib ki, Almaniyayla matçda meydana çıxıb-çıxmayacağı hələ sual altındadır: “Almaniyayla oyunda meydanda olmağı çox istəyirəm. Amma bu məndən asılı deyil. Görək həkimlər nə deyirlər. Bununa belə, inanıram ki. həmin vaxtadək tam sağalacağam və komanda ilə birgə məşqlərdə iştirak edəcəyəm”.


Son xəbərlər