Mazda 6 ilin “Ən yaxşı eksteryer dizaynına malik avtomobil”i seçilib. Almaniya Dizayn Şurasının keçirdiyi “Avtomobil Brendlərinin Yarışı 2013”ün nəticələri elan edilib.
Nəticələrə görə, Mazda dünya avtomobil sənayesinin öncülləri olan alman avtomobilləri arasında “Best of the Best” (Ən yaxşıların ən yaxşışı) adı qazanan yeganə xarici marka olub. Eksteryer və interyerin, konsepsiyanın, brend dizaynının, kampaniyaların, tədbir və arxitektor işinin qiymətləndirilməsi ilə keçirilən müsabiqədə Mercedes-Benz s-klass 2 nominasiyada qalib gəlib. Audi R8 “Ən yaxşı optika”ya malik avtomobil kimi qiymətləndirilib, BMW i8 “Ilin innovasiyası” kimi tanınıb, Porsche-nin baş icraçı direktoru “İlin brend meneceri” seçilib.
Alman Bundestaqının təşəbbüsü ilə 1953-cü ildə yaradılmış Almaniya Dizayn Şurası müstəqil beynəlxalq təşkilat kimi fəaliyyət göstərir. Mükəmməl dizaynları dəstəkləmək məqsədilə bir fond kimi xidmət göstərən Şura keçirdiyi tədbirlər, konfranslar, seminar və müsabiqələrlə məşhurdur. Hazırda Şuraya dünya üzrə 180 şirkət daxildir.
Qeyd edək ki, Mazda 6 bu il sentyabrda Frankfurt avtoşousunda ictimaiyyətə təqdim edilib. Avtomobil yüksək aerodinamikaya malik yenilənmiş kuzovu, 7.8 saniyəyə 100 km/saat sürəti yığan, qənaətcil və ətraf mühitə sayğılı mühərriki, ailə avtomobili olmaq iddiası ilə yadda qalıb.
Mazda 6 Yeni Avtomobillərin Qiymətləndirilməsi üzrə Avropa Proqramının (Euro NCAP) 2013-cü il üzrə təhlükəsizlik testindən ən yuxarı - 5 balla çıxaraq, bütün kateqoriyalarda – istər sürücülər, istər böyük və uşaq sərnişinlər, istərsə də piyadalar üçün yüksək təhlükəsizliyə zəmanət verdiyini nümayiş etdirib.
Qısa müddətdə ictimaiyyətin rəğbətini qazanmış Mazda 6 bir neçə gün əvvəl Varşavada keçirilən Nobel sülh mükafatının qonaqlarının rəsmi avtomobili olmuşdur.
Yuxarı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?