Topaz Premyer Liqasının növbəti turu çərçivəsində "İnter”lə səfərdə qarşılaşıcaq "Rəvan" klubu bu oyuna hazırlığı tam sürətilə davam etdirir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da baş tutan çalışmalar gündə 1 dəfə olmaqla həyata keçirilir.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bütün futbolçular səylə çalışır. Tofiq Mikayılov istisna olmaqla, zədəli və cəzalı futbolçunan olmaması məşqçilər korpusunu sevindirir.
Dünən və bu gün Diniyev futbolçularına intensiv məşqlər keçib. Sürət çalışmaları və taktiki-texniki hazırlıq da məşqin bir hissəsi olub.