“Neftçi” və PFL rəhbərliyi Heydər Əliyevin abidəsini ziyarət etdi (FOTO, VİDEO)

XƏBƏR 23 Oktyabr 2013 / 11:24 1678
-  A +

“Neftçi”nin Azərbaycan superkuboku uğrunda “Xəzər Lənkəran”la keçirəcəyi oyundan bir gün öncə hər iki komandanın üzvləri Naxçıvan şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, mərasimdə “Neftçi”nin prezidenti Sadıq Sadıqov başda olmaqla, komandanın Naxçıvan şəhərinə ezam olunmuş bütün üzvləri iştirak edib.

Ziyarətə PFL prezidenti Ramin Musayev və adı çəkilən qurumun nümayəndələri, eləcə də “Xəzər Lənkəran” klubunun rəhbərliyi və futbolçuları da qatılıblar. Futbolçular Ümummilli Liderin abidəsi önünə əklil qoyublar. Ziyarətin sonunda hər iki komanda birgə xatirə şəkli çəkdirib.















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə