Bakıda təlim-məşq bazasının təməli qoyuldu (FOTOLAR)

Bakıda təlim-məşq bazasının təməli qoyuldu (FOTOLAR)
XƏBƏR 21 Sentyabr 2013 / 15:52 1747
-  A +

Bu gün AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, ölkə futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

R.Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, UEFA prezidentini növbəti dəfə Azərbaycanda görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. M.Platini öz çıxışında UEFA-nın bütün milli assosiasiyalara futbolun inkişafı prosesində dəstək verdiyini qeyd edib, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

AFFA və UEFA prezidentləri milli komandaların təlim-məşq bazasının təməlini qoyub. Ölkə və qitə futbol qurumunun başçıları AFFA Futbol Mərkəzindəki meydançada məşq edən qızlardan ibarət komandanın məşqini izləyib. UEFA-nın prezidenti Mişel Platini brifinq keçirərək mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Xatırladaq ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Tədbir iştirakçıları AFFA Futbol Mərkəzindən hazırda tikintisi davam edən Bakı Olimpiya Stadionuna gəliblər. UEFA prezidenti stadionun maketi ilə tanış olub, arenanın tikintisi ilə bağlı videoçarx izləyib.

 






















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır