Azərbaycanlı futbolçu Rusiya çempionatında qol vurdu

Azərbaycanlı futbolçu Rusiya çempionatında qol vurdu
XƏBƏR 10 İyul 2009 / 11:12 2511
-  A +

Milli komandamızın keçmiş üzvü Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubu ikinci divizionda növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Tver təmsilçisi səfərdə Moskvanın “Lokomotiv-2” klubu ilə qarşılaşıb. Oyun həmyerlimizin komandası üçün uğursuz alınıb. “Volqa” rəqibinə 1:4 hesabıyla uduzub. Amma komandasını meydana kapitan qismində çıxaran Emin Ağayev 65-ci dəqiqədə yeni mövsümdə ilk qolunu vurub. Həmyerlimiz künc zərbəsindən sonra fərqlənib. Bu məğlubiyyətdən sonra əvvəlki kimi 22 xalda qalan “Volqa” turnir cədvəlində yeddinci pilləyə enib.


Qarabağ FK
Son xəbərlər
topaz banner