Tam Yeni Nissan Tiida 2013 – dinamik həyat üçün yaradılıb!

Tam Yeni Nissan Tiida 2013 – dinamik həyat üçün  yaradılıb!
XƏBƏR 9 Sentyabr 2013 / 12:28 1948
-  A +

Nissan qəlbən cavan olanların həyat tərzini tamamlamaq üçün yaradılmış tam Yeni Nissan Tiida modelini təqdim edib. Dinamik üslublu görünüşü , əlavə  texnologiya, seqmentində lider xüsusiyyətləri ilə Yaxın Şərqin bestselleri yığcam hetçbek adının Nissan-nın uğur cədvəlində yer almağı üçün  hər bir xüsusiyyətə malikdir.

Yaxın və Orta Şərqin Körfəz ölkələrində genişlənmiş yığcam hetçbek seqmentində 54 % -ə sahib olan Nissan-nın əsas məqsədi Tam Yeni Nissan Tiida modelinin təqdimatı ilə ikiqat satışa nail olmaq və bazar payını 60% artırmaqdı.

Nissan Tiida Yaxın Şərqdə ilk dəfə 2005-ci ildə  təqdim edildi və dərhal Körfəz ölkələrində iki ildən daha az bir müddətdə bazar payının 30 %-ni zəbt etdi.  Bu gün Tiida  Körfəz ölkələrində artan rəqabətə baxmayaraq 54 % bazar payı ilə C seqmentində liderlik etməyə davam edir və bazar payını 60 % -dən daha çox artırmaq  fikrindədir.

Tam Yeni Nissan Tiida hetçbek hamar üslubu, sinifində lider yanacaq qənaəti, seqmentində birinci olan interyer sahəsi , əlavə texnologiyası və daha bahalı avtomobillərdən gözlənilən xüsusiyyətlər ilə təchiz edilib.
Daxildən və xaricdən Tam Yeni Nissan Tiida dinamik üslubludur. Tam yenilənmiş aerodinamik gövdə forması təkminlik ilə  geniş və  möhtəşəm duruş, elektrik güzgü və 17 düymlük tökmə disklərlə tamamlanmış idman effektini  birləşdirir. Hamar və müasir salon sürücünü və sərnişinləri yüksək keyfiyyətli materiallar və dəbdəbəli həyat tərzinə uyğun xoş dizayn ilə qarşılayır. Tam Yeni Nissan Tiida 2013 1.6 litrlik mühərriklə  S və SV , 1.8 litrlik mühərrik ilə SV, SL və SL Plus modifikasiyalarını təqdim edir.
 
“NURGÜN Motors” MMC  şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzdə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq