"Atletiko"nun futbolçusu rəsmən "Bakı"da

"Atletiko"nun futbolçusu rəsmən "Bakı"da
LAND OF FİRE AZERBAİJAN 31 Avqust 2013 / 15:14 6553
-  A +

“Bakı” klubu transfer pəncərəsinin son günündə daha bir futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "zolaqlılar" ispaniyalı futbolçu Alberto Noqeyra ilə 1 illik müqavilə bağlayıb.

Noqeyra 1989-cü il, 24 sentyabr İspaniyanın Madrid şəhərində anadan olub. Futbolçu karyerasına “Rayo Valekano B” komandasında başlayan Noqeyra daha sonra “Rayo Maxadohonda”, “Reyes”, “Atletiko C”, “Atletiko B”, “Atletiko” və “Blekpul” klublarında çıxış edib. 

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə