"Bakı" klubu "Neftçi" ilə oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev məşqdə iştirak etməyib. Şəhriyar Әliyev və Junior komandadan ayrı çalışıblar.
Milinko Pantiç "Neftçi" ilə qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “Bizi çox çətin bir oyun gözləyir. "Neftçi" böyük klubdur və bizimlə oyunda onları favorit saymaq olar. Buna baxmayaraq biz əlimizdən gələni edəcəyik ki nəticədə qalib gələk. Məncə, əgər hakim səhvləri və digər amillərin təsiri olmasa, bizi gözəl bir matç gözləyir".
Xatırladaq ki, Topaz Premyer Liqasının 5-ci turu cərçivəsində keçiriləcək "Bakı" - "Neftçi" matçı avqustun 31-də, saat 18:00-da "Bakı"-nın təlim-məşq bazasının stadionunda baş tutacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı