"Çelsi" ilə oyunöncəsi "Bavariya"ya şad xəbər

"Çelsi" ilə oyunöncəsi "Bavariya"ya şad xəbər
XƏBƏR 29 Avqust 2013 / 11:32 3005
-  A +

"Bavariya"nın futbolçusu Bastian Şvaynştager UEFA Superkuboku çərçivəsində "Çelsi" ilə keçiriləcək matçda forma geyə biləcək.

Qol.Az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Bundesliqada "Frayburq"la oyunda zədələnmişdi.

Ancaq bu gün klubun rəsmi saytından verilən açıqlamada Şvaynştagerin zədəsinin ciddi olmadığı və qarşılaşmaya qədər sağalacağı bildirilib.

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı sabah, Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Daha çox


Son xəbərlər
topaz banner