"Sumqayıt"dan növbəti transfer

"Sumqayıt"dan növbəti transfer
XƏBƏR 28 Avqust 2013 / 18:00 2301
-  A +

"Sumqayıt" Futbol Klubu növbəti transferini həyata keçirib.

Qol.Az-ın klubn saytına istinadən yaydığı xəbərə görə, komanda "Rəvan"dan ayrılan Nodar Məmmədovu heyətinə qatıb. 25 yaşlı futbolçu "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Rəvan"dan başqa, "Şahdağ", "Qarabağ", MOİK, "Muğan" və "Qəbələ"də çıxış etmiş Nodar 4 dəfə A millimizin formasını geyinib.

Daha çox


Son xəbərlər
topaz banner