Azarkeşlər Kasilyasın "Real"dan getməsini istəyir

Azarkeşlər Kasilyasın "Real"dan getməsini istəyir
XƏBƏR 28 Avqust 2013 / 16:39 3119
-  A +

İspaniyanın nüfuzlu qəzetlərindən olan "Marca" maraqlı sorğu keçirib.

Qol.Az-ın məlumatına görə, qəzeti rəsmi saytından etdiyi sorğuda azarkeşlərdən "Real" (Madrid) klubunun qapıçısı İker Kasilyasın komandadan gedib-getməməsini soruşub.

45 min azarkeşin iştirak etdiyi sorğuda 75 faiz insan ispan qolkiperin komandadan ayrılmasının tərəfdarı olub.

Xatırladaq ki, klubun yeni çalışdırıcısı Karlo Ançelotti son açıqlamasında əsas qapıçı olaraq Dieqo Lopezi gördüyünü demişdi.

Qeyd edək ki, təcrübəli qapıçı ilə "Arsenal", "Mançester Siti", "Barselona" və PSJ klublarının maraqlandığı iddia edilir.

Daha çox


Son xəbərlər
topaz banner