“Metallist”in şikayəti rədd edildi

“Metallist”in şikayəti rədd edildi
XƏBƏR 28 Avqust 2013 / 15:28 1561
-  A +

Bu gün Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) Ukraynanın "Metallist" (Xarkov) klubunun etdiyi ikinci müraciətə baxıb.

Qol.Az-ın CAS-ın saytına istinadən verdiyi məlumata görə, məhkəmə UEFA-nın Ukrayna təmsilçisinin bir illik avrokuboklardan uzaqlaşdılması ilə bağlı qərarını təsdiqləyib.

Bununla da, "Metallist"in bu mövsüm avrokuboklarda oynama ümidlərinə son qoyulub.

Qeyd edək ki, klubun adı danışılmış oyunlarda hallandığı üçün UEFA-nən qərarı ilə Çempionlar Liqasının pley-off mərhələsində "Şalke" ilə oyun öncəsi yarışdan uzaqlaşdırıb. Ukrayna təmsilçisi verilən qərar etiraz etsə də, nəticə dəyişməyib.

Daha çox


Son xəbərlər
topaz banner