Di Mariya: "Madriddən ayrılmaq niyyətim yoxdur"

Di Mariya: "Madriddən ayrılmaq niyyətim yoxdur"
XƏBƏR 28 Avqust 2013 / 14:22 1898
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel Di Mariya komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu müqavilə müddətinin sonunadək "Real"da qalmaq istədiyini deyib:

"Başa düşürəm ki, "Real" bəzi futbolçuları satmaqla, heyətini daha da gücləndirmək istəyir. Ancaq mən komandamla 2018-ci ilə qədər müqavilə imzalamışam və Madriddən ayrılmaq niyyətim yoxdur".

Qeyd edək ki, Di Mariya ilə "Arsenal" və "Qalatasaray" klubları yaxından maraqlanır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner