Özil: “Sağ cinahda rahat oynaya bilmirəm”

Özil: “Sağ cinahda rahat oynaya bilmirəm”
XƏBƏR 28 Avqust 2013 / 13:42 2470
-  A +

"Real"ın (Madrid) futbolçusu Məsut Özil baş məşqçisi Karlo Ançelottinin onu oynatdığı mövqedən narazıdır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, alman yarımmüdafiəçi jurnalistlərə açıqlamasında sağ cinahda rahat oynaya bilmədiyini deyib: "Mən oyun qurucusu olaraq oynadığımda bacarığımı daha yaxşı göstərə bilirəm. Futbola hücumçu olaraq başlamışdım, ancaq bu mövqe mənə görə deyildi. O vaxtkı baş məşqçilərim məni oyun qurucusu olaraq görürdülər”.

Özil bildirib ki, fransalı Zinəddin Zidana baxaraq onun etdiyi hərəkətləri təkrarlamağa çalışıb: “Bu səbəbdən oyun qurucusu kimi oynamaq mənim üçün daha rahatdır”.

Daha çox


Son xəbərlər
topaz banner