Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da

Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da
XƏBƏR 28 Avqust 2013 / 13:02 3998
-  A +

"Xəzər Lənkəran" klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşulub.
 
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandaların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib.
 
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb.

Daha çox


Son xəbərlər
topaz banner